Modern.az

Azərbaycan - Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan - Ukrayna oyununun hakimləri açıqlandı

İdman

7 Sentyabr 2025, 15:12

Azərbaycan millisinin Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Yunanıstandan olan ədalət təmsilçilərinə tapşırılıb.

 

FİFA referisi Vassilis Fotiasa Andreas Meintanas və Mixail Papadakis köməklik göstərəcək. Dördüncü hakim funksiyasınl Anastasion Papapetru yerinə yetirəcək.

 

VAR-da Angelos Evangelu, AVAR-da Yoannis Papadopulos əyləşəcək.

 

Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular