Modern.az

Azərbaycan millisi finalda - İLK DƏFƏ

Azərbaycan millisi finalda - İLK DƏFƏ

İdman

7 Sentyabr 2025, 20:01

Danimarkanın paytaxtı Kopenhagendə qadınlardan ibarət Azərbaycan millisinin də iştirak etdiyi basketbolun 3x3 növü üzrə Avropa Kubokunun oyunları keçirilir.

 

Modern.az xəbər verir ki, turnirin qrup mərhələsində qadın millimiz ilk oyunda Fransa üzərində 21:16, ikinci oyunda isə Ukrayna seçməsinə 21:14 hesabları ilə qalib gələrək, qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb. Milli 1/4 finalda Polşa yığmasını 16:13 hesabı ilə məğlub etdikdən sonra yarımfinalda son Avropa çempionu olan İspaniya üzərində 21:17 hesablı qələbə qazanaraq, 3x3 basketbol tariximizdə ilk dəfə olaraq finala vəsiqəni təmin edib.

 

Bildirək ki, həlledici görüşdə millimiz son dünya çempionu olan Niderland yığması ilə qarşılaşacaq. Oyun bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular