Modern.az

DÇ-2026 seçmə mərhələsi: Daha 7 görüş keçiriləcək

DÇ-2026 seçmə mərhələsi: Daha 7 görüş keçiriləcək

İdman

8 Sentyabr 2025, 08:38

Bu gün futbol üzrə 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin görüşləri davam edir.

Modern.az xəbər verir ki, daha 7 qarşılaşma keçiriləcək.

B qrupunda İsveçrə Sloveniyanı, Kosovo isə İsveçi qəbul edəcək. C qrupunda Danimarka Yunanıstanın, Şotlandiya isə Belarusun qonağı olacaq.

Günün diqqət çəkən qarşılaşmalarından biri İsrailin İtaliyanı qəbul edəcəyi oyun olacaq. Xorvatiya isə Monteneqronu sınağa çəkəcək. L qrupunun autsayderi olan Farer adaları isə səfərdə Qibraltar ilə üz-üzə gələcək.

22:45. İsveçrə - Sloveniya
22:45. Kosovo - İsveç
22:45. Yunanıstan - Danimarka
22:45. Belarus - Şotlandiya
22:45. İsrail - İtaliya
22:45. Xorvatiya - Monteneqro
22:45. Cəbbəllütariq - Farer adaları

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?