Modern.az

DÇ-2026: Qazaxıstan uduzdu, Gürcüstandan qələbə

DÇ-2026: Qazaxıstan uduzdu, Gürcüstandan qələbə

İdman

8 Sentyabr 2025, 09:20

Ötən axşam Dünya Çempionatı-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin bəzi oyunları keçirlib.

Modern.az xəbər verir ki, 4 qrupda baş tutan 8 oyun maraqlı hesablarla bitib..

E qrupunda mübarizə aparan Türkiyə millisi öz meydanında son Avropa çempionu İspaniya ilə qarşılaşıb. Oyun gözlənilməz hesabla başa çatıb. İspaniya millisi Türkiyənin qapısına 6 cavabsız qol vurub.

Qrupun digər matçında Gürcüstan millisi Bolqarıstanı qəbul edib və rəqibini böyük hesabla məğlub edib - 3:0.

J qrupunda keçirilən Belçika - Qazaxıstan matçında da böyükhesablı nəticə qeydə alınıb. Meydan sahibləri qazaxlara 6:0 hesabı ilə qalib gəlib.
 

7 sentyabr

DÇ-2026

Seçmə mərhələ

A qrupu

Almaniya – Şimali İrlandiya - 3:1
Lüksemburq – Slovakiya - 0:1

G qrupu

Litva – Niderland - 2:3
Polşa – Finlandiya - 3:1

J qrupu 

Şimali Makedoniya – Lixtenşteyn - 5:0
Belçika – Qazaxıstan - 6:0

E qrupu

Gürcüstan – Bolqarıstan - 3:0
Türkiyə – İspaniya - 0:6

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?