Modern.az

Santuşun rəhbərliyi - 11 oyun, 0 QƏLƏBƏ

Santuşun rəhbərliyi - 11 oyun, 0 QƏLƏBƏ

İdman

8 Sentyabr 2025, 13:05

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib. Portuqaliyalı mütəxəssis 2024-cü ilin iyununda bu posta təyin olunmuşdu və onun AFFA ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulmuşdu.

Modern.az-ın məlumatına görə, 70 yaşlı mütəxəssis Azərbaycan millisi ilə keçirdiyi 11 oyunda qələbə qazana bilməyib.

11 oyundan 9-u məğlubiyyət, 2-si heç-heçə ilə bitib.  Bu müddətdə Azərbaycan yığması cəmi 4 qol vurub, 29 top buraxıb.

Santuşun rəhbərliyi altında komanda Millətlər Liqasında uğursuz çıxış edərək D Liqasına düşüb, ardınca yoldaşlıq görüşlərində də Haiti, Belarus və Macarıstana uduzub. Son məğlubiyyət DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə qarşılaşmada qeydə alınıb – 0:5. Bu nəticələrdən sonra AFFA portuqaliyalı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?