Modern.az

Millimizin heyətində dəyişikliklər oldu

Millimizin heyətində dəyişikliklər oldu

İdman

8 Sentyabr 2025, 16:30

Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib.

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandasının heyətinə qoşulublar.

Onların əvəzinə Rüstəm Əhmədzadə ("Sumqayıt") və Abdulla Xaybulayev ("Sabah") əsas yığmaya cəlb olunublar.

Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki görüş Bakıda baş tutacaq.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?