Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Modern.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandamızın heyətinə qoşulublar. Onların əvəzinə Rüstəm Əhmədzadə (“Sumqayıt”) və Abdulla Xaybulayev (“Sabah”) A milliyə cəlb olunublar.
Qeyd edək ki, sentyabrın 9-da A milli komandamız DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq.