Modern.az

Daha bir boksçumuz dünya çempionatı finalında

Daha bir boksçumuz dünya çempionatı finalında

İdman

9 Sentyabr 2025, 11:10

Azərbaycan millisinin daha bir boksçusu Liverpulda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Boks Federasiyasından Modern.az-a bildirilib ki, yığmanın heyətində Alfonso Dominqesin (90 kiloqram) ardınca Səidcəmşid Cəfərov (75 kiloqram) bu hüquqa yiyələnib.

O, 1/8 finalda Dayqo Sunaqa (Yaponiya) ilə üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb və döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə xeyrinə bitirib.

Cəfərov 1/4 finalda Pavlo İlliuşa (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yığmanın heyətində daha 3 boksçu 1/8 final döyüşünə çıxacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?