Modern.az

“Fənərbağça”ya yeni baş məşqçi təyin edildi

“Fənərbağça”ya yeni baş məşqçi təyin edildi

İdman

9 Sentyabr 2025, 19:56

Türkiyənin “Fənərbağça” klubu yeni baş məşqçisinin adını açıqlayıb.

 

Modern.az İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, Domeniko Tedesko ilə 2 illik müqavilə imzalanıb.

 

İtaliyalı mütəxəssisin köməkçilərindən biri “Fənərbağça”nın sabiq futbolçusu və kapitanı Gökhan Gönül olacaq.

 

Qeyd edək ki, 39 yaşlı məşqçinin son iş yeri Belçika millisi olub. O, daha əvvəl Almaniyanın “Şalke”, “Leypsiq”, Rusiyanın “Spartak” (Moskva) klublarına da başçılıq edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?