İordanıya şahzadəsi Əli bin Əl-Hüseyn FİFA prezidentliyinə namizədliyini irəli sürdüyünü bəyan edib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, təşkilatın yeni rəhbərinin seçilməsi üçün nəzərdə tutulan konqres 2016-cı il fevral ayının 26-da Sürixdə keçiriləcək.
Bundan əvvəl FİFA prezidentliyinə UEFA-nın rəhbəri Mişel Platini, FİFA-nın Cənubi Koreüyadan olan keçmiş vitse-prezidenti Çxon Mon Cun və tanınmış braziliyalı futbolçu Ziko irəli sürüblər.
Fransalı keçmiş futbolçu David Jinola, Argentina millisinin keçmiş tanınmış kapitanı Dieqo Maradona, Liberiya Futbol Assosiasiyasının rəhbəri Musa Biliti və nigeriyalı keçmiş futbolçu Sequn Odeqbami də seçkilərdə iştirak etmək niyyətində olduqlarını açıqlayıblar.
Əl-Hüseyn may ayında FİFA prezidentliyinə namizəd olub. O, seçkilərdə Yozef Blatterə uduzub. Korrupsiya qalmaqalından sonra Blatter iyunun 2-də postundan istefa verdiyini bəyan edib.
Modern.az