Modern.az

Bakı metrosunda problem - Polis nəzarəti gücləndirib

Bakı metrosunda problem - Polis nəzarəti gücləndirib

İqtisadiyyat

5 Aprel 2016, 09:41

Bu dəqiqələrdə Bakı Metropoliteninin stansiyalarındakı qatarların hərəkətində gecikmə olduğundan izdiham yaşanır. Eyni zamanda metro polisi sərnişinləri bir-bir yoxlayaraq, onların platformaya keçməsinə icazə verir.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına yaranmış sıxlığın səbəblərini açıqlayıb.

O, qeyd edib ki, gecikməyə səbəb qatarda baş verən nasazlıq olub:

““28 May” stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarda nasazlıq olduğundan 7-8 dəqiqə gecikmə qeydə alınıb. Bu təbii olaraq digər qatarların da ləngiməsinə təsir edib. Hazırda qatarların normal hərəkəti, interval bərpa edilib”.

N.Paşayev eyni zamanda bildirib ki, metroda sərnişinlərin təhlükəsizliyinin tam təmin olunması üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır:

“Hər hansı hadisə, təxribatın baş verməməsi üçün polis gücləndirilmiş iş rejiminə keçib. Narahatlıq üçün heç bir əsas yoxdur”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal