Modern.az

Nazir müavini: “Bütün sahələrdə vergidən yayınma halları var”

Nazir müavini: “Bütün sahələrdə vergidən yayınma halları var”

6 Aprel 2016, 12:39



“Azərbaycanda bütün sahələrdə vergidən yayınma halları var. Vergi sahəsində ən böyük problem vergi mədəniyyətinin olmamasıdır”.

Modern.az saytının verdiyi xəbərə görə,Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində keçirilən "Açıq qapı günü"ndə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

 S.Ələkbərov bütün sahələrdə vergidən yayınma hallarının olduğunu vurğulayıb:

“Ölkədə hələ də vergi vərdişi formalaşmayıb. Bütün sahələrdə vergidən yayınma halları var. Vergidən yayınma halı neft sahəsində demək olar ki, yoxdur. Çünki, bu, çox şəffaf sahədir”.

Nazir müavini tikinti, ticarət, ictimai iaşə sahələrində vergidən yayınma hallarının çox olduğunu qeyd edib:

“Bizim hesablamalarımıza görə, bu sahələrdə yayınma faizlə yox, dəfələrlə çoxdur. Şou-biznes nümayəndələri, böyük məbləğ müqabilində toya gedən müğənnilər 50 manat vergi ödəyir. Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi axır qəpiyinədək vergi ödəyir. Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir. Aparılan maarifləndirmə işlərindən sonra ötən ilin dekabrında şou-biznes nümayəndələri tərəfindən ödənilən verginin ümumi məbləği dəfələrlə artıb”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal