Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən valyuta hərracına Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.
ARDNF-dən Modern.az saytına verilən məlumata görə, 50 mln. ABŞ dolları məbləğində vəsait 20 kommersiya bankına satılıb. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.