"Gömrük tarifi haqqında"qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi parlamentin İqtisadi siyasət və sahibkarlıq komitəsinin iclasında müzakirə olunaraq, plenar iclasa tövsiyə edilib.
Təklif edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yaradılan sənaye parkında müəyyən olunan fəaliyyət üzrə bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilirlər.
Modern.az-ın məlumatına görə, qanun layihəsi “Qaradağ Sənaye Parkının yaradılması haqqında” prezidentin 3 iyun 2015-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə hazırlanıb.
"Sosial sığorta haqqında" qanunda dəyişikliklərə dair qanun layihəsində, "Gömrük tarifi haqqında" qanun layihəsində və Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə sənədlər də komitə iclasında müzakirə olunaraq plenar iclasa tövsiyyə edilib.
Ağa AKİFOĞLU