Modern.az

AZAL-ın sabiq rəhbərindən Cahangir Əsgərova TƏKLİF

AZAL-ın sabiq rəhbərindən Cahangir Əsgərova TƏKLİF

26 Aprel 2016, 11:34

Prezidenti İlham Əliyev ötən il keçirdiyi iclasların birində AZAL biletlərinin qiymətlərinin həddindən çox baha olması məqamına toxunub və bu məsələnin tezliklə həllini tapmasını bildirib.

Bir ilə yaxındır ki, AZAL qiymətlərin ucuzlaşdırılması ilə bağlı addımlar atır. Qiymətlər ucuzlaşdırıldığı üçün yükün çəkisi azaldıldı, uçuş biletinə yemək xərcləri aid edilmədi.

Eyni zamanda AZAL tərəfindən keçirilən digər kampaniyalar da nəticə vermədi. Bu isə Azərbayan milli aviakompaniyasının imicinə zərbə vurur. Çünki ölkəmizə gələn əcnəbilər yeniliklər barədə məlumatlı olmadığı üçün AZAL təyyarələrindən istifadə etdiyi zaman sürprizlərlə qarşılaşırlar.

AZAL-ın sabiq rəhbəri Ədalət Əliyev Modern.az-a açıqlamasında bildirib ki, hər aviakompaniya özü öz siyasətini aparırır. 

“Onun siyasətinin də düzgün, ağıllı aparılması onun rəhbərliyindən, uzaqgörənliyindən, şəfaf işindən asılıdır. Bu olmazsa min dənə problem ortaya çıxır. Əgər şirkətin işi qaneedici olsaydı, bu qədər suallar yaranmazdı. Hesab edirəm ki, hakimiyyətin kifayət qədər təftiş gücü var ki, ayırd edib ortaya çıxarsın”.  

Aytən ZƏHRA

 
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal