Modern.az

Banklara olan borcların məbləği – 19.7 milyard manat

Banklara olan borcların məbləği – 19.7 milyard manat

26 Aprel 2016, 14:41

 

“Mərkəzi Bankdan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası da dollar ilə kredit götürənlərə “bəd xəbər” verdi: kompensasiya gözlənilmir”.

Modern.az saytı xəbər verir ki, bu haqda şərh verən iqtisadçı-alim Vüqar Bayramov hazırda ümumi kredit portfelində olan borcların məbləğinin 19.7 milyard manat olduğunu deyib:

“Ümumi kredit portfelində xarici valyutaların payını nəzərə alsaq, söhbət ikinci devalvasiyadan sonra yaranan 3.5 milyard manatlıq fərqdən gedir. Həm Mərkəzi Bank, həm Palata bu fərqin banklar ilə vətəndaşlar tərəfindən qarşılanacağını güman edir. Banklar heç bir güzəştə getmək istəmir və praktik olaraq getmirlər. Müştərilərin heç də hamısı belə böyük fərqi qarşılamaq imkanlarına malik deyil”. İqtisadçı, devalvasiyadan sonra kredit götürənlərin ödənişlərinin artdığının nəzərə alınmalı olduğunu qeyd edib:

“Nəzərə almaq lazımdır ki, 2015-ci ilin əvvəlində 10 min dollar kredit götürən şəxsə banka 7800 manat veribsə, indi əsas məbləğ faizlər hesablanmadan 15 min manat olub. 10 min dollarlıq kredit üzrə yalnız əsas məbləğdə 7200 manat fərq var. Deməli, il yarım öncə 7800 manat kredit götürən şəxs faizlər ilə birlikdə banka 20000 manatdan çox pul ödəməlidir.

Məncə, bu rəqəmlərin müzakirəsi artıq bütün reallıqları göstərir: 10 min dollara görə əsas məbləğdən başqa 12 200 manat əlavə pul. Aydın görünür ki, dövlətin dəstəyi olmadan bu kreditlərin qaytarılacağı inandırıcı görünmür.

Bir sıra kredit kateqoriyaları üzrə kompensasiya həyata keçirən Qırğızıstan və Qazaxıstan təcrübəsindən Mərkəzi Bank yararlanmaq istəməsə də, 2008-ci il qlobal maliyyə böhranı dövrü 1 trilyon dollar həcmində stimullaşdırıcı paket reallaşdıran ABŞ nümunəsinə müraciət edə bilər.

Maraqlıdır, orta aylıq əmək haqqı 4 min dollar olan ABŞ-da kreditlərin qaytarılması üçün hökumət stimullaşdırıcı tədbirlər həyata keçirirsə, orta aylıq əmək haqqı 330 dollar olan Azərbaycanda niyə kompensasiya verilməsin?” 

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal