Modern.az

Beynəlxalq Bank şəhid hərbçilərin kredit borcunu sildi

Beynəlxalq Bank şəhid hərbçilərin kredit borcunu sildi

İqtisadiyyat

4 May 2016, 11:14

 

Azərbaycan Beynəlxalq Bankı aprelin əvvəlində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması zamanı şəhid olmuş hərbçilərimizin kredit borcları ilə bağlı qərarını icra edib.

Beynəlxalq Bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib ki, aparılan araşdırmaların nəticələrinə əsasən, bu şəxslərdən hər hansı birinin Banka kredit borcunun olması müəyyənləşdiyi halda borc öhdəliyi bağlanıb.

Araşdırmalar və kredit öhdəliklərinin ləğvi şəhid hərbçilərimizin ailə üzvlərinin müvafiq bank filiallarına fərdi müraciətləri əsasında aparılıb.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün vətəndaşlarımıza rəhmət diləyir, yaralılarımızın tezliklə sağalaraq Vətənə şərəfli xidmətlərini davam etdirmələrini arzulayır.

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal