Modern.az

Neftin ucuzlaşması neftçi olmaq istəyənlərin sayını azaldıb?

Neftin ucuzlaşması neftçi olmaq istəyənlərin sayını azaldıb?

İqtisadiyyat

5 İyul 2016, 12:22

Son illər neftin qiymətinin ucuzlaşması bir çox sahədə geriləmələrə səbəb oldu. Demək olar ki, neft sənayesinə maraq getdikcə azalıb və qeyri-neft sahəsinə maraq artmağa başlayıb. Bu, neft mütəxəssisi olmaq istəyənlərin sayını azaltmır ki?

Artıq dünyada belə bir tendensiya yaranıb. Bakı Ali Neft məktəbindən bildirilib ki, neftin qiymətinin aşağı düşməsi BANM-i seçənlərin sayına təsir etmir, çünki neft sənayesi aparıcı və inkişaf edən sahədir, yeni kadrlara burada həmişə ehtiyac var.

“Hər il bizi seçənlərin sayı minlərlə olur. Lakin onlardan yalnız yüksək bal toplayanlar BANM-ə daxil ola bilirlər (yerlər məhduddur).
Düşünürük ki, bu il də bizim sifariş etdiyimiz 135 yeri ən yüksək bal toplayacaq abituriyentlər tutacaqlar”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildiriblər ki, neftin ucuzlaşmasına baxmayaraq, universiteti seçənlərin sayında azalma müşahidə olunmur.

“Əksinə, ADNSU-nu seçənlərin sayında artım var, hətta xarici tələbələrində sayı da çoxalıb. ADNSU-nun seçilməsinin səbəbi burada verilən təhsilin keyfiyyəti ilə bağlıdır. Universitetin diplomu dünyanın bir çox ölkərində tanınır. ADNSU bir brend olaraq tanınır. Universitetin tarixi ənənəsi var, onun üzərində dayanır və inkişaf edir”.


Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal