Modern.az

Dövlət Neft Fondunun 3 illik auditini keçirəcək şirkət bəlli oldu

Dövlət Neft Fondunun 3 illik auditini keçirəcək şirkət bəlli oldu

İqtisadiyyat

12 İyul 2016, 12:04

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq,  xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.

Fonddan Modern.az saytına verilən məlumata görə, xidmət təklifləri sorğusuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş "Price Waterhouse Coopers" şirkəti müsabiqənin qalibi müəyyən edilib.

Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Prezident tərəfindən Fondun 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal