Modern.az

“Bank Standard”a yeni baş direktor təyin olundu

“Bank Standard”a yeni baş direktor təyin olundu

12 İyul 2016, 13:15

12 iyul tarixində “Bank Standard” Kommersiya Bankının müvəqqəti inzibatçısı tərəfindən Xalid Əhədov banka baş direktor təyin olunub.

Bu barədə Modern.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Məlumat verildiyi  kimi, ”Bank Standard” KB-da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi, kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə 4 iyul 2016-cı il tarixinədək moratorium tətbiq olunub.

Bankın sistem əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunub.

Sanasiya proqramı çərçivəsində, X. Əhədov  bankın İdarə Heyətinin sədri səlahiyyətlərini icra edərək, 3 avqust 2016-cı il tarixinədək “Bank Standard” KB-nın idarəetmə orqanlarını formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.

Artıq  Xalid Əhədov “Bank Standard”-ın kollektivinə təqdim edilib.

X.Əhədov 2002-ci ildən bank sektorunda fəaliyyətə başlayıb, “Bank of Baku” və “Unibank”da rəhbər vəzifələrdə çalışıb.


Gülşən RAUFQIZI

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi