Modern.az

Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi DƏYİŞDİ

Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi DƏYİŞDİ

13 İyul 2016, 13:34

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının tərkibi yenilənib. Modern.az saytının məlumatına görə, şuranın sədri Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının üzvü İlqar Muradov təyin olunub. İ.Muradova qədər bu vəzifəni Unibank" ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov icra edib.  

Mərkəzi Bankın baş direktoru Rəşad Orucov, AMB-nin Hüquq departamentinin rəisi Rəna Məlikova  Rəna Məlikova, Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Daxili nəzarət şöbəsinin böyük inspektoru İsi Mustafayev Himayəçilik Şurasının üzvlüyündən çıxarılıb.

İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdiri Yalçın Əzizov, Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri Ziyəddin Allahverdiyev və "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Elmar Məmmədov Şuradakı yerini qoruyub.

 Maliyyə Bazarlarına Nəzarət Palatasının Strateji Təhlil və risklərin idarəedilməsi İdarəsinin rəisi Asim Zülfüqarov, Mərkəzi Bankın Makroiqtisadi tədqiqatlar departamentinin direktoru Şaiq Adıgözəlov və "Kapitalbank" ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımov Şuraya yeni üzv seçiliblər.

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal