Modern.az

Statistika Komitəsi: Ümumi daxili məhsul istehsalı azalıb

Statistika Komitəsi: Ümumi daxili məhsul istehsalı azalıb

19 İyul 2016, 19:20

2016-cı ilin birinci yarısında ölkədə 27002,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,4 faiz az ümumi daxili məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın 33,6 faiz aşağı düşməsidir.

Eyni zamanda informasiya və rabitə sahələrində əlavə dəyər 13,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 3,1 faiz, emal sənayesində 2,5 faiz, mədənçıxarma sənayesində 2,3 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 1,9 faiz artıb.

Cari ilin altı ayında istehsal olunmuş ümumi daxili məhsulun 34,8 faizi neft-qaz sektorunun, 65,2 faizi isə iqtisadiyyatın qeyri-neft sahələrinin payına düşüb.

Bu dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 2809,7 manata bərabər olub.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal