Modern.az

Nazirdən AÇIQLAMA:“Türkiyə 100 milyard dollar itirib”

Nazirdən AÇIQLAMA:“Türkiyə 100 milyard dollar itirib”

İqtisadiyyat

2 Avqust 2016, 12:04

“Türkiyə iqtisadiyyatı dövlət çevrilişinə cəhdə görə minimum 300 milyard türk lirəsi (100 milyard dollar) itirib”.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin ticarət və gömrük naziri Bülent Tüfenkçi deyib.

 

Nazir bildirib ki, dəyən zərərin hesablamaları daha dəqiq aparılsa bu rəqəm qalxa da bilər.

 

B.Tüfenkçi vurğulayıb ki, Türkiyəyə dəyən bu zərər yaxın gələcəkdə ölkədə daha çox hiss olunacaq.

 

Türkiyəli nazir əlavə edib ki, artıq turistlərin Türkiyə haqqında düşüncələri mənfiyə doğru dəyişib.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal