Modern.az

Vergidən büdcəyə daxil olan pulların həcmi AÇIQLANDI

Vergidən büdcəyə daxil olan pulların həcmi AÇIQLANDI

5 Avqust 2016, 12:37

 

Vergilər Nazirliyi vergi daxilolmaları barədə statistikanı açıqlayıb.

 

 Nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, 2016-cı ilin yanvar-iyul ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 849 milyon 942,5 min manat vəsait daxil olub.

 

Proqnoz tapşırığına 100,4 faiz əməl edilib. Hesabat dövründə 62 min 496 vergi ödəyicisi qeydiyyata alınıb.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal