Modern.az

“Devalvasiya ilə bağlı şayiələr əsassızdır” – Rəsmi

“Devalvasiya ilə bağlı şayiələr əsassızdır” – Rəsmi

22 Avqust 2016, 20:04

“Hazırda Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta satışları həyata keçirir və bu satışlar davam etdiriləcək”. Modern.az saytı xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.

 

“Devalvasiya ilə bağlı şayiələr əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır”, - deyə məlumatda vurğulanıb.

 

Mərkəzi Bankdan bildirilib ki, valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə banklararası valyuta bazarı fəaliyyət göstərir və banklar valyuta tələblərini bu bazar vasitəsilə ödəyə bilərlər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal