Modern.az

Britaniyanın Avropa Birliyindən çıxması Yaponiyaya 52 milyard dollar zərər vurub

Britaniyanın Avropa Birliyindən çıxması Yaponiyaya 52 milyard dollar zərər vurub

26 Avqust 2016, 18:07

Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ilə bağlı keçirdiyi referendum("Brexit") Yaponiya Dövlət Pensiya İnvestisiya Fonduna 52 milyard dollar zərər vurub.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu, 2008-ci ildən sonra Fondun üzləşdiyi ən böyük ikinci irihəcmli itkidir.

 

Aktivlərin azalması bu ilin II rübü başa çatdıqdan sonra məlum olub.

 

Pensiya Fondunun açıqlamasına görə, iyulun 1-nə onun aktivləri təxminən 130 trln. yen və yaxud 1,3 trln. dollar olub. Bu isə aprelin 1-i ilə müqayisədə təxminən 4% azdır.

 

Azalmaya səbəb Fondun aktivlərinin bir hissəsinin ingilis funt-sterlinqində saxlanması olub.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal