Modern.az

Daha 6 marşrut kart sisteminə keçdi

Daha 6 marşrut kart sisteminə keçdi

1 Sentyabr 2016, 09:59

Bu gündən etibarən daha 6 marşrut xətti üzrə hərəkət edən avtobuslarda ödəmə kart vasitəsilə həyata keçiriləcək.

Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumatda bildirilib.

 

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlər qarşısında vahid kart sisteminə keçidin tətbiqinə dair qoyduğu tələbə uyğun olaraq 18, 61, 65, 79, 85, 96 nömrəli avtobuslarda vahid kart sistemi tətbiq olunur.

 

İlk mərhələdə 6 marşrut xətti üzrə 117 avtobusda validatorların quraşdırılması təmin edilib. Ümumilikdə yaxın zamanlarda daha 400 avtobus üçün validatorların quraşdırılması nəzərdə tutulub.

 

Xatırladaq ki, vahid kart sisteminin tətbiq edildiyi 15 marşrut xəttində və Bakı metropolitenində gediş haqqının ödənilməsi "BakıKart" sistemi ilə həyata keçirilir.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal