Modern.az

Azərbaycanla İran arasında ticarət dövriyyəsi 66 faiz artıb

Azərbaycanla İran arasında ticarət dövriyyəsi 66 faiz artıb

3 Sentyabr 2016, 15:49

Cari ilin birinci yarısında Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 66 faiz artıb.

 

İranın Azərbaycandakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə yerli mətbuata bildirib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycan hökuməti əsaslı iqtisadi islahatlara başlayıb. Bu islahatlar ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərir.

 

“Aparılan islahatlar Azərbaycan ilə İran arasında iqtisadi və ticarət əlaqələrinin daha da genişlənməsinə zəmin yaratdı”, - deyə Məhəmməd İbrahim Nağızadə vurğulayıb.

 

Diplomat bildirib ki, cari ilin ilk 4 ayında İrandan Azərbaycana 180 milyon dollar həcmində müxtəlif mallar ixrac edilib.

 

Hal-hazırda İran və Azərbaycan arasında ticarət dövriyyəsi qeyri-neft sektorunda illik 500 milyon dollar təşkil edir.

 

Bu rəqəmin artmasi ehtimalı böyükdür.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal