Modern.az

Neft qəfil BAHALAŞDI - SƏBƏB

Neft qəfil BAHALAŞDI - SƏBƏB

5 Sentyabr 2016, 16:04

Rusiya və Səudiyyə Ərəbistanı neft qiymətlərinin sabitləşməsi üçün birgə fəlaiyyət haqda razılıq əldə edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sənədi Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının sənaye və mineral resurslar naziri Xalid əl-Falih imzalayıb.

 

Tərəflər neftin qiymətlərinin sabit qalması üçün hazırki hasilat göstəricisini dondura biləcəklərini də deyib.

 

Novak və Əl-Falih oktyabr və noyabrda yenidən görüşmək barədə razılaşıblar.

 

Artıq dünya bazarında Rusiya ilə Səudiyyə Ərəbistanın yaxınlaşması reaksiya doğurub. Belə ki, Brent markalı neft London birjasında 5,44%-dən çox bahalaşaraq 49,38 dollara çatıb.

 

Ekspertlər neftin 50 dollar həddini yazın vaxtlarda keçəcəyini gözləyir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal