Modern.az

Elman Rüstəmov: ““Qara bazar”a qarşı mübarizə başlayıb”

Elman Rüstəmov: ““Qara bazar”a qarşı mübarizə başlayıb”

12 Dekabr 2016, 10:36

"Əlaqədar orqanlar "qara bazar"la ciddi mübarizə aparır. Yaxın günlərdə "qara valyuta bazarı" ilə mübarizənin real nəticəsini görəcəyik”.

Modern.az-ın xəbərinə görə, bunu bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov əlavə edib ki, “qara bazar”a qarşı ciddi mübarizə aparılır:

“Buna qarşı Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və müvafiq hüquq-mühafizə orqanları çox ciddi iş aparır. Bu gün "qara bazar"la rəsmi məzənnə arasındakı cüzi fərqi görürüksə, bu, məhz mübarizənin nəticəsidir”.

 

Ağa AKİFOĞLU

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal