Modern.az

Azərbaycanda qızıl hasilatı artır  

Azərbaycanda qızıl hasilatı artır   

2 İyul 2017, 21:18

Azərbaycanda qızıl istehsalçısı olan “Anglo-Asian Mining” (AAM) şirkəti 2017-ci ildə 72 min unsiya qızıl hasil etmək niyyətindədir. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə şirkətin baş direktoru Reza Vəziri məlumat verib.

Onun sözlərinə görə, şirkət 2016-ci ildə 65 min unsiyadan çox qızıl hasil edib.

Baş direktor bildirib ki, 2016-cı ilin yekunlarına görə, düzgün siyasətin nəticəsi olaraq şirkət yenidən gəlir əldə edib.

Onun sözlərinə görə, bir unsiya qızılın hasili üçün xərc 2015-ci ildə 858 dollar təşkil edirdisə, 2016-ci ildə bu göstərici 616 dollar təşkil edib.

Şirkətin gəliri vergitutmadan əvvəl 6,8 milyon dollar təşkil edib, ümumi borcu isə 14 milyon dollar azalaraq 35 milyon dollar olub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu