Modern.az

Ələt Azad İqtisadi Zonasında çirkli pulların yuyulmasına imkan verilməyəcək  

Ələt Azad İqtisadi Zonasında çirkli pulların yuyulmasına imkan verilməyəcək   

25 Yanvar 2018, 10:49

Ələtdə yaradılacaq Azad Zona səlahiyyətli qurumunun vəzifələri müəyyənləşib.

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olmuş yeni “Ələt iqtisadi zonası haqqında" qanun layihəsində qeyd edilib.

Yeni qanun layihəsinin 6-cı maddəsində (Azad Zona səlahiyyətli qurumunun hüquqları və vəzifələri) Azad Zona səlahiyyətli qurumunun vəzifələri aşağıdakılardır:

Azad Zonanın strateji məqsədlərinə uyğun olaraq Azad Zonanın fəaliyyətini, inkişafını və idarə olunmasını təmin etmək;

Azad Zonada qabaqcıl beynəlxalq təcrübənin tətbiqini təşviq etmək;

Azad Zonaya yerli və xarici investisiyaları cəlb etmək;

Maliyyə və sığorta xidmətləri;

Torpaq münasibətləri;

Gömrük işi;

Əmək münasibətləri;

Miqrasiya;

Vergi tənzimlənməsi;

Valyuta əməliyyatları aparmaq azadlğı;

Müflisləşmə və iflas;

Notariat fəaliyyəti;

Rəqabət;

Mənşə sertifikatları;

Çirki pulların yuyulması və “öz müştərini tanı” yoxlaması;

Azad Zona səlahiyyətli qurumunun və Azad Zona rezidentlərinin və Azad Zona inzibati müəssisələrinin vəzifə və öhdəliklərini icra etməsi üçün tələb olunan təşkilati struturu, qaydaları və prosedurları müəyyən etmək;

Azad Zonada yerləşən əmlak  və aktivlər ilə bağlı münasibətləri tənzimləmək;

Azad Zona səlahiyyətli qurumu öz hüquq və  vəzifələrini Azad Zona qanunvericiliyinə, qabaqcıl beynəlxalq təcrübəyə və Azad Zonanın strateji məqsədlərinə uyğun həyata keçirir.


Xatırladaq ki, hazırda Azərbaycanda Azad İqtisadi Zona Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yaradılır. Məsələ eyni zamanda qanuniləşir. Belə ki, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi hazırlanıb və bu sənəd Milli Məclisin 1 fevral tarixli plenar iclasında müzakirə olunacaq.

Layihə “Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” ölkə başçısının sərəncamına əsasən hazırlanıb.

Layihə hazırlanarkən azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlardan ötrü əlverişli şərait yaradan müddəalar əsas götürülüb.

Ələtdə azad iqtisadi zonasının yaradılması prezident İlham Əliyevin 2016-cı ilin martında imzaladığı sərəncamda nəzərdə tutulurdu. Həmin sərəncam “Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər planı haqqında” adlanır.

İlham Əliyev ötən ilin mayında yenidən bu məsələyə qayıdıb, azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsi haqda sərəncam imzalamışdı.

Fərmana əsasən, azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə İşçi qrup yaradılıb.

Azad zona ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. Belə zonalarda istehsal olunan məhsullara milli gömrük ərazisindən kənarda olan obyekt kimi baxılır. Həmin məhsullar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu