Modern.az

Azərbaycan nefti yenə bahalaşdı

Azərbaycan nefti yenə bahalaşdı

İqtisadiyyat

25 Aprel 2018, 23:00

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də 76,25 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də 75,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 24-də 71,05 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,92 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 24-də 75,26 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,96 dollar/barel çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu