Modern.az

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2%-dən çox artıb

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2%-dən çox artıb

18 İyun 2018, 11:02

 

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4% artaraq 3175,5 mln. manat olub.

 

"APA-Economics"in  Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2325,4 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,2%-ni təşkil edib.

 

Bu ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 324,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 13,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu