Modern.az

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

17 Oktyabr 2018, 23:22

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 81,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 0,12 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 80,90 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,12 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 16-da 77,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 16-da 81 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,04 dollar/barel azdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu