Modern.az

Neft qiymətləri fantastik səviyyədə qalxacaq - PROQNOZ

Neft qiymətləri fantastik səviyyədə qalxacaq - PROQNOZ

30 Sentyabr 2019, 09:27

Səudiyyə Ərəbistanı şahzadəsi Məhmməd Ben Salman ölkəsinin neft emalı zavodlarına pilotsuz təyyarə ilə gerçəkləşən hücumları “axmaqlıq” adlandırıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, şahzadə hücum üçün heç bir strateji ehtiyacın olmadığını xatırladıb.

“Ancaq tam axmaq adam dünya bazarını neftlə təmin edən obyektə hücum edə bilərdi. Hücum edənlərin yeganə hədəfi axmaq olduqlarını sübut etmək idi”.

 

Onun fikrincə, dünya İranın qarşısını almalıdır.

“Əgər bu baş verməsə, dünya bazarına neft satmaq çətinləşəcək. Qiymətlər isə fantastik səviyyəyə qalxacaq”- deyə Ben Salman deyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR