Modern.az

100 min işsizə birdəfəlik ödəniş edilib

100 min işsizə birdəfəlik ödəniş edilib

İqtisadiyyat

14 Aprel 2020, 21:24

"İşsiz kimi qeydiyyata alınan şəxslərdən daha 25 min nəfəri üçün birdəfəlik vəsait aidiyyəti üzrə köçürülüb".

Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

 

F.Talıbov qeyd edib ki, beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan başlayaraq artıq 100 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin olunub:

"İşsiz şəxslər üçün birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra onlara  qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə SMS göndərilir.

Həmin şəxslər mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alır və mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər".

"Birdəfəlik ödəmə ilə təminat prosesi gündəlik davam edir",-deyə nazirlik rəsmisi qeyd edib.



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir