Modern.az

Neft hasilatı yenidən azaldılır

Neft hasilatı yenidən azaldılır

11 May 2020, 21:39

Birləşmiş Ərəb Əmirliyi iyun ayında OPEC+ çərçivəsində öhdəliklərinə əlavə olaraq neft hasilatını sutkada daha 100 min barrel azaldacaq.

Modern.az xəbər verir ki, bunu ölkənin neft naziri Suheyl əl-Məzrui bildirib.

Onun sözlərinə görə, bu addımla BƏƏ Səudiyyə Ərəbistanının bazarı sabitləşdirmək üzrə səylərini dəstəkləyəcək.

Xatırladaq ki, daha əvvəl Küveyt də iyun ayında OPEC+ çərçivəsində öhdəliklərinə əlavə olaraq neft hasilatını sutkada daha 100 min barrel azaldacağını bildirib.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...