Modern.az

Koronavirus Ermənistanda böhran yaratdı: Doğum azalır, ölüm artır  

Koronavirus Ermənistanda böhran yaratdı: Doğum azalır, ölüm artır  

İqtisadiyyat

3 Sentyabr 2020, 12:53

Ermənistanda nikaha girənlərin sayının azalması doğum göstərivilərinə də öz təsirini göstərib.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2020-ci ilin ilk 6 ayında Ermənistanda ölənlərin sayı doğulanların sayını 447 nəfər üstələyib.

 

Bu barədə məlumatı Ermənistan Təhlükəsizlik və Milli Problemlər İnstitutunun direktoru Artak Markosyan deyib.
“Hazırda Lori, Şirak, Tavuş, Syunik, Vaayots Dzor və Qeqarkunik vilayətlərində ölənlərin sayı doğulanların sayını üstələyir. Qeqarkunik vilayətində vəziyyət ümumiyyətlə ağırdır”.

Markosyanın fikrincə, epidemiyanın demoqrafik situasiyaya təsirini 2021-2022-ci illərdə görünəcək. Digər tərəfdən, 2020-ci ilin 6 ayında 4885 nikah bağlanmışdısa, 2019-cu ilin analoji dövründə bu göstərici 7285 olub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu