Tesla şirkərinin sahibi İlon Mask 1 həftə ərzində sərvətini 13 milyard dollar artırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda o, Mark Zukerberqdən cəmi yarım milyard dollar az varidata sahibdir.
Maskın sərvətinin kəskin artması Tesla şirkərinin səhmlərinin son günlər bahalaşması ilə bağlıdır.
Beləliklə, Hazırda İlon Mask 92,4 milyard dollar sərvətə malikdir. Dünyanın 4-cü ən zəngin iş adamı Mark Zukerberqin sərvəti isə 92,9 milyard dollar təşkil edir.