Modern.az

Bolqarıstan yanvarın 1-dən Azərbaycandan qaz almağa başlayır

Bolqarıstan yanvarın 1-dən Azərbaycandan qaz almağa başlayır

16 Noyabr 2020, 16:30

2021-ci ilin yanvarın 1-dən Bolqarıstan Azərbaycandan qaz almağa başlayacaq.

 

Modern.az-ın məlumatına görə, bunu ölkənin baş naziri Boyko Borisov deyib.

 

Nazir bildirib ki, beləliklə Bolqarıstan enerji tədarük mənbələrinin tam şaxələndirilməsinə nail olacaq.

 

O əlavə edib ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi tam sürətlə davam edir:

 

"Bu interkonnektorla Bolqarıstan Aleksandrupolis mayeləşdirilmiş qaz terminalından ABŞ, Qətər, Əlcəzair, İsrail, Misir və Azərbaycandan qaz əldə edəcək. Layihə bütün bolqarlar və qonşulara faydalı olacaq".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi