Modern.az

Rusiya qazı Ermənistana Azərbaycandan gedəcək

Rusiya qazı Ermənistana Azərbaycandan gedəcək

İqtisadiyyat

17 Mart 2021, 11:41

Ermənistana təbii qaz müvəqqəti olaraq Azərbaycan ərazisindən veriləcək.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Qazprom” şirkəti “Şimali Qafqaz-Zaqafqaziya” qaz kəmərində təmir işlərinin başlanması səbəbilə Gürcüstandan Ermənistana keçən xəttin 3 həftə bağlı qalacağını elan edib.
Bu müddətdə Rusiya qazı Azərbaycandan keçərək Ermənistana çatdırılacaq.

 

Bununla bağlı, SOCAR və “Qazprom eksport” şirkətləri qısamüddətli müqavilə də imzalayıblar.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi