Modern.az

Rusiyanın daha bir şəhərindən Bakıya aviareys açılır

Rusiyanın daha bir şəhərindən Bakıya aviareys açılır

İqtisadiyyat

22 İyun 2021, 23:29

Rusiyanın "S7 Airlines" aviaşirkəti 3 iyul 2021-ci il tarixindən etibarən Vladikavkazdan Azərbaycanın paytaxtına uçuş proqramına başlayacaq.

 

Modern.az hava limanının mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiyanın "S7 Airlines" aviaşirkəti 3 iyul 2021-ci il tarixindən etibarən Vladikavkaz-Bakı uçuş proqramına başlayacaq.

 

Bakıya uçuşlar həftədə bir dəfə şənbə günləri həyata keçiriləcək. Vladikavkazdan uçuş saat 18:00-da, Azərbaycana yerli vaxtla saat 20:15-də eniş olacaq. Geriyə uçuş Bakıdan saat 16:00-da həyata keçiriləcək və 16:25-də təyyarə Rusiyada Şimali Osetiyaya çatacaq.

 

Marşrut işgüzar və ekonom sinif kabinləri ilə təchiz olunmuş rahat Boeing 737-800 təyyarələrlə təmin ediləcəkdir.

Uçuşlar aviaşirkət tərəfindən oktyabr ayının sonuna qədər planlaşdırılıb. Biletlər artıq satışdadır, aviaşirkətin rəsmi saytından və bütün kassalardan əldə edə bilərsiniz.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama