Modern.az

Şənbə-bazar Bakıda avtobuslar İŞLƏMƏYƏCƏK

Şənbə-bazar Bakıda avtobuslar İŞLƏMƏYƏCƏK

İqtisadiyyat

25 İyun 2021, 09:54

26-27 iyun tarixlərində Bakıda avtobuslar işləməyəcək. Modern.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun mayın 26-da imzaladığı qərarda bildirilib.

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara əsasən, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. 28-i qeyri-iş günü olmasına baxmayaraq, avtobuslar işləyəcək".

Qeyd edək ki, futbol üzrə Avropa çempionatının əhəmiyyəti, paytaxtda gələn idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!