Modern.az

Füzuli aeroportu ilə bağlı ŞAD XƏBƏR – AZAL rəsmisi açıqladı

Füzuli aeroportu ilə bağlı ŞAD XƏBƏR – AZAL rəsmisi açıqladı

İqtisadiyyat

30 Sentyabr 2021, 10:46

“Füzuli Aeroportuna beynəlxalq uçuşlar həyata keçirmək hüququ verilib”.

 

Bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Modern.az-ın sorğusuna cavab olaraq bildirib:

“Qeyd etdiyimiz kimi Füzuli Aeroportuna “Beynəlxalq Hava Limanı” statusu verilib. Füzuli Beynəlxalq Hava Limanı daxili və beynəlxalq uçuşlar həyata keçirmək üçün müvafiq icazə alıb”.

 

Paşa Kəsəmənski aeroportun Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) beynəlxalq məkan indeksləri kataloquna daxil edildiyini əlavə edib.

 Hava limanlarının kodları ICAO-nun  7910/178 nömrəli Sənədinin yenilənmiş nəşrində Füzuli aeroportunun da adı hallanır.

Xatırladaq ki, yaxın vaxtlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

 

 

Fidan İlqar

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi