Modern.az

FED uçot dərəcəsini dəyişmədi

FED uçot dərəcəsini dəyişmədi

İqtisadiyyat

3 Noyabr 2021, 22:33

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) noyabrın 3-də keçirilən iclasda uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda qeyd olunub.

 

Qeyd edək ki, FED sentyabrın 22-də də uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.

 

Bundan əlavə, FED 2021-ci il üçün ölkənin ÜDM artım proqnozunu 7 %-dən 5,9 %-ə endirib və 2022-ci il üçün 3,3 %-dən 3,8 %-ə qaldırıb. Bu il üçün inflyasiya proqnozu 3,4 %-dən 4,2 %-ə, gələn il üçün 2,1 %-dən 2,2 %-ə artırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi