1 noyabr 2021-ci il tarixindən Azərbaycanda işıq və qazın yeni qiymətləri qüvvəyə minib.
İşığın qiyməti istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilib.
1 noyabr 2021-ci il tarixindən qazla bağlı əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.
İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metrə görə 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.
Suyun bir kubmetri və tullantı sularının axıdılmasına görə tarif Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda əhali qrupundan olan abonentlər üçün 1 manat müəyyənləşdirilib.
İstiliyə görə isə əhali qrupu abonentləri üçün 1 m2 yaşayış sahəsinə görə 15 qəpik aylıq ödəniş müəyyən olunub.
Modern.az saytında budəfəki sorğu kommunal xidmətlərlə bağlıdır.
“Kommunal xərciniz ən çox hansı xidmətə gedir?”
Saytımızın əsas səhifəsindəki (sağdan aşağıda) “Sorğu” bölməsində yerləşdirlmiş “Kommunal xərciniz ən çox hansı xidmətə gedir” sualını cavablandırmaq üçün sizə təqdim edilən variantlardan birinə səs verməyiniz xahiş olunur:
- İşıq
- Qaz
- Su
- İstilik