Modern.az

Gələn il bələdiyyələrə ayrılacaq vəsaitin həcmi AÇIQLANDI

Gələn il bələdiyyələrə ayrılacaq vəsaitin həcmi AÇIQLANDI

İqtisadiyyat

8 Noyabr 2021, 12:17

Növbəti ildə yerli (yerli özünüidarəetmə orqanlarına - bələdiyyələrə) büdcələrə cəmi 10,9 milyon manat  subsidiya nəzərdə tutulub. Bu da 2021-ci illə müqayisədə 0,2 milyon manat və ya 1,9 faiz çoxdur.

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

O cümlədən, onların gəlir və xərclərini tənzimləmək məqsədilə 5,3 milyon manat dotasiya və məqsədli xərclər üçün 1,3 milyon manat subvensiya və su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı xərclər üçün 4,3 milyon manat subsidiya nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər