Modern.az

İqtisadiyyat 5 % ARTIB

İqtisadiyyat 5 % ARTIB

İqtisadiyyat

13 Dekabr 2021, 13:22

 

Bu ilin yanvar-noyabr aylarında ölkədə 80 688,2 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7%, qeyri neft-qaz sektorunda isə 6,4% artıb.

 

ÜDM istehsalının 41,6%-i sənaye, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,8%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 8 055,3 manata bərabər olub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu