Modern.az

OPEC-dən Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz

OPEC-dən Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz

İqtisadiyyat

13 Dekabr 2021, 18:09

2021-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı 0,02 milyon barel/sutka artaraq orta hesabla 0,75 milyon barel/sutka təşkil edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında məlumat yayılıb.

 

Eyni zamanda, 2022-ci ildə proqnozlara əsasən, hasilat 0,08 milyon barel artaraq 0,82 milyon barel/sutkaya bərabər olacaq.

 

Hesabatda qeyd olunur ki, 2021-ci ilin oktyabr ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,03 milyon barel artaraq 0,72 milyon barel/sutka təşkil edib. Əvvəlki ayla müqayisədə isə hasilat 0,01 milyon barel/sutka azalıb:

 

"Ümumilikdə, neft hasilatı sentyabr ayı ilə müqayisədə 4 min barel/sutka azalaraq orta hesabla 582 min barel/sutka, kondensat hasilatı isə cüzi azalaraq 140 min barel/sutka təşkil edib. Noyabr ayında Azərbaycanda orta hasilatın artması gözlənilir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi